Beşqat dünya çempionu avtoqolla sevindi
29.02.2012 - 09:34
Milli komandaların iştirakı ilə növbəti yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, beşqat dünya çempionu Braziliya millisi Bosniya və Herseqovina ilə qarşılaşıb. Cənubi Amerikalılar bu görüşdə 2:1 hesabı ilə çətin qələbə qazanıblar. Oyunun əvvəlində Marselo erkən qol vursa da İbişeviç bosniyalıların bərabərlik qoluna sevinib. Matçın son dəqiqəsində Papaçın avtoqolu isə braziliyalıları sevindirib. Baş tutan digər yoxlama oyununda isə Serbiya Ermənistanı məğlub edib – 2:0.
0
0