“Barselona” böhtandan 200 min avro qazandı
29.02.2012 - 10:36
“Barselona” İspaniyanın “Cadena Cope” radiostansiyasını məhkəməyə verib. Apasport.az saytının məlumatına görə, bu radio efirdə dünyanın ən güclü komandasının futbolçularını dopinq istifadə etməkdə ittiham edib. Buna görə məhkəməyə müraciət edən “Barsa” böhtana görə 200 min avro cərimə tələb edərək, istəyinə çatıb. Bundan əlavə, radio həmin informasiya ilə bağlı təkzib verib.
0
0