Berti Foqts: Ən vacib oyunumuz Portuqaliyaya qarşıdır
29.02.2012 - 12:29
Berti Foqts: Ən vacib oyunumuz Portuqaliyaya qarşıdır
“1996-cı ildə qazanılan Avropa çempionluğundan sonra növbəti uğuru vaxtı artıq yetişib. Həmişə Almaniya yığması əsas favoritlər sırasında olur. Bu dəfə də finalda İspaniya – Almaniya cütünün görürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

O, 1996-cı ildə Avropa çempionu etdiyi Almaniya milli komandasının növbəti qitə birinciliyindəki şansını dəyərləndirib: “Bu görüşdə də bizimkilər qalib gəlsə çox sevinərəm. Almaniya yığması Hollandiya, Danimarka və Portuqaliya ilə eyni qrupda yer alıb. Ən vacib oyunumuz Portuqaliya ilə keçirəcəyimiz ilk matçdır. Almaniya millisi gənc, lakin çox təcrübəli futbolçulardan qurulub. “Real”, “Bavariya” kimi klublarda oyunçumuz var. Şəxsən mənim üçün Bastian Şvaynştayger dünyanın ən yaxşı oyunçularından biridir. Manuel Noyer də dünya səviyyəli qapıçıdır. Mən komanda haqda müsbət danışdığım üçün şadam və bununla fəxr edirəm. Yeganə problemimiz müdafiədir. Söhbət təkcə arxa xətt oyunçularından getmir. Çünki topu itirəndən sonra hücumçular da müdafiəyə kömək etməlidirlər”.

Qeyd edək ki, Portuqaliya yığması DÇ-2014-ün seçmə mərhələsində Foqtsun çalışdırdığı Azərbaycan millisinin rəqibidir.