Yeni rəqib, yeni tarix və 3 ildən sonra müsəlman ölkəsi ilə görüş
29.02.2012 - 12:50
Azərbaycan milli komandası tarixində ilk dəfə Fələstin yığması ilə görüşəcək. Apasport.az saytının məlumatına görə, Dubay toplanışında bu gün üzləşəcəyimiz komanda yığmamızın 20 illik tarixində 59-cu rəqibi olacaq. Buna qədər 2:2 hesablı bərabərliyə qaldığımız Sinqapur, 3:0 hesabı ilə qalib gəldiyimiz Hindistan yığmasından fərqli bu dəfə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) müsəlman ölkəsinin təmsilçisi ilə qüvvəmizi sınayacağıq. Özü də Dubaydakı oyunlarda ilk rəqibimiz məhz müsəlmanlar olub. Belə ki, millimiz 2003-cü ilin sonunda BƏƏ 3:3, bundan 6 il sonra Özbəkistan yığması ilə 1:1 hesablı heç-heçə etmişik. Yəni almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu yığmamız 3 ildən sonra Dubayda yenidən müsəlman dünyasının təmsilçisi ilə görüşəcək.
Fələstin qüvvəmizi sınayacağımız 15-ci Asiya təmsilçisidir ki, bu, həmin qitədə yerləşib, UEFA-ya daxil olan ölkələr sayılmamağı şərti ilədir. Millimiz indiyədək Özbəkistanla 8, İranla 4, Qırğızıstan, Tacikistan, Türkmənistan, Küveyt, Oman, İordaniya ilə 2, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İraq, Sinqapur və Hindistan yığmalarının hərəsi ilə 1 dəfə üz-üzə gəlib.
Asiyalılarla 31-ci matça çıxacaq millimiz bu qitə təmsilçiləri ilə əvvəlki görüşlərdə uğurlu çıxış edib. Bu matçlarda 12 qələbəsi olan millimizin bərabərliyi və məğlubiyyətləri hərəyə 9-dur. Top fərqində də komandamız üstündür – 42:36. Yığmamızın FİFA reytinqində özündən çox aşağı olan Fələstin millisi ilə matçda asiyalılarla oyunlarda müsbət balansı daha da artıracağı gözlənilir.
Bugünkü tarixə gəlincə, millimizin indiyə kimi fevralın 29-da oynamamağı qəribə görünməməlidir. Hər halda, bu gün təqvimə görə hər il yox, 4 ildən bir olur. 29 fevral adətən Yay Olimpiya Oyunlarının və Avropa çempionatının final mərhələsinin keçirdiyi illərə düşür. Millimizin tarixi 1992-ci ildən başlasa da, fevralın 29-da yaradılmamışdı. 1996, 2000, 2004, 2008-ci illərdə isə bu tarixdə oyun keçirməmişik. Deməli, yığmamız hər il olmayan fevralın 29-da oynamaqla, yeni tarix yazacaq.
Mehman SÜLEYMANOV

0
0