Laki İdahor: Azərbaycana qayıtmaq istəmədim
29.02.2012 - 14:10
Nigeriya milli komandasının sabiq futbolçusu Laki İdahor karyerasını Azərbaycanda davam etdirməkdən imtina edib. Apasport.az saytının məlumatına görə, 2004-06-cı illərdə Bakının “İnter” klubunda çıxış edən 32 yaşlı hücumçu Luqansk “Zarya”sına keçib.
O, bu qış aldığı çoxsaylı təkliflərə baxmayaraq məhz bu klubun seçməyinə münasibət bildirib: “Mən futbolçu kimi özümü məhz Ukraynada sübut etmişəm. İndi çatdığım səviyyəyə burda nail olmuşam. Bu üzdən də “Zarya”nı seçdim. Hərçənd karyeramı Rusiya və Azərbaycanda davam etdirmək variantları da var idi. Lakin mən həmin təklifləri dəyərləndirməyi istəməyib, Ukrayna klubunu seçdim”.
Qeyd edək ki, İdahor 2004/05 mövsümündə Azərbaycan kubokunun finalçısı olub.

0
0