Apreldə ilk dəfə oynayacağıq
29.02.2012 - 14:23
Rusiya millisi ilə dünya çempionatının pley-off mərhələsinin cavab oyununun keçiriləcəyi vaxt Azərbaycan futzal yığmasının tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, milli komandamız tarixində indiyə kimi apreldə meydana çıxmayıb. Bu, ilk dəfə aprelin 9-da Tümendə saat 21:00-da başlayacaq cavab matçında reallaşacaq. Ruslar isə indiyə kimi həmin ayda meydana çıxsa, konkret 9-da oynamayıb.
Qeyd edək ki, millimiz bu ilin noyabrında Tailandda keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün Rusiya ilə ilk oyununu martın 27-də Bakı İdman Sarayında keçirəcək.
Qeyd edək ki, millimiz bu ilin noyabrında Tailandda keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün Rusiya ilə ilk oyununu martın 27-də Bakı İdman Sarayında keçirəcək.
0
0