Rauf Əliyev Azərbaycan – Fələstin oyununu izləməyə gəlib
29.02.2012 - 17:14
Rauf Əliyev Azərbaycan – Fələstin oyununu izləməyə gəlib
AFFA-nın I vitse-prezidenti Rauf Əliyev Birləşmiş Ərəb Əmirliklərinə yollanıb. Apasport.az saytının məlumatına görə, Milli Məclisin deputatı olan assosiasiyanın rəhbər şəxslərindən biri Dubayda təlim-məşq toplanışı keçən milli komandamızın yanına gəlib. Əliyev az sonra başlayan Azərbaycan – Fələstin yoldaşlıq görüşünü “The Sevens” stadionunda izləyəcək.

Qeyd edək ki, bunadək AFFA-nın baş katibi Elxan Məmmədov, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və bir sıra Premyer Liqa klublarımızın baş məşqçiləri Dubaya təşrif buyurub.