Bahodir Nasimov Yaponiyada qələbəyə sevindi
29.02.2012 - 17:28
Bahodir Nasimov Yaponiyada qələbəyə sevindi
2014-cü il dünya çempionatının seçmə mərhələsində Asiya zonasında gözlənilməz nəticə qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Premyer Liqamızın bombardiri Bahodir Nasimovun heyətində yer aldığı Özbəkistan yığması səfərdə favorit Yaponiya millisini 1:0 hesabı ilə yenib. “Neftçi”nin hücumçusu 90 dəqiqədə meydanda olduğu matçda yığmasının qələbəsinə kömək olub.

Qeyd edək ki, hər 2 yığma öz qrupunun liderləri kimi növbəti seçmə mərhələyə vəsiqə qazanıb.