“İnter”in xanım azarkeşi: Məni komandanızın rəngləri cəlb etdi
29.02.2012 - 17:47
“İnter”in xanım azarkeşi: Məni komandanızın rəngləri cəlb etdi
“Doğrusu, “İnter” haqqında məlumatları internet vasitəsilə öyrəndim. Mənə maraqlı gəldi və bu komanda haqqında daha yaxından maraqlanmağa başladım”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Bakının “İnter” klubunun yunanıstanlı xanım azarkeşi Zoe Douka Arvanitides deyib. Bakıya gələn əcnəbi qonaq “bankirlər”in rəsmi saytına müsahibəsində azarkeşliyinin səbəbini açıqlayıb: “Etiraf edim ki, məni “İnter”in “ağ-göy” rəngləri cəlb etdi. Onlar Yunanıstan bayrağının rənglərinə uyğundur. İnternetin köməyi ilə məhz klubunuzun rəsmi saytı vasitəsilə “İnter”in oyunlarını izləməyə çalışıram. Bilirəm ki, turnir cədvəlində hələlik 2-ci yerdədir və kubok uğrunda mübarizə aparır. Bundan başqa, mənə məlumdur ki, artıq bu günlərdə “İnter”i “Bakı” ilə vacib qarşılaşma gözləyir. Ümid edirəm ki, “İnter” bu matçdan qalib ayrılacaq. Fikrimcə, komanda 1:0 hesabı ilə qalib gələcək”.

Yunanıstanlı xanım Bakı haqda təəssüratlarını və arzularını bölüşüb: “Sizin çox gözəl şəhəriniz var. Mənim çox xoşuma gəldi. Çox şadam ki, Bakıda olmaq mənə müyəssər oldu. “İnter”ə uğurlar arzulayıram. Ümid edirəm ki, komanda mövsümü 1-ci yerdə başa vuracaq. Mən buna azarkeşlik edəcəyəm”.