Nazim Süleymanov: Bu hakim futboldan xəbərsiz idi
29.02.2012 - 20:22
Nazim Süleymanov: Bu hakim futboldan xəbərsiz idi
“Təbii ki, məğlubiyyət hamıya pis təsir edir. Özünüz də gördünüz ki, bugünkü matçın hakimi futboldan xəbərsiz idi”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın məşqçisi Nazim Süleymanov deyib.

Yığmamız bu gün Fələstinlə Dubayda keçirdiyi yoxlama matçını məğlubiyyətlə başa vurdu. 0:2 hesabı ilə uduzduğumuz matçda bəzi hakim səhvləri Süleymanovun narazılığına səbəb olub: “İlk qol ofsayddan vuruldu. Bir sözlə, hakimlik bərbad idi. Buna baxmayaraq, hesab edirəm ki, futbolçularımız daha güclü oynamalıydılar. Fələstin elə də güclü komanda deyil ki, onlara məğlub olaq”.