Mahir Şükürov: İstənilən halda, Fələstinə qalib gəlməli idik
29.02.2012 - 20:35
Azərbaycan milli komandasının vitse-kapitanı Mahir Şükürov Fələstin yığması ilə yoldaşlıq görüşümüzdə nəticənin oyuna görə olmadığını sayır. Apasport.az saytının Dubaya ezam olunmuş əməkdaşının məlumatına görə, təcrübəli müdafiəçi 0:2 hesabı ilə uduzduğumuz matçda baş hakimin nəticəyə təsir edən səhvlərə yol verdiyini bildirib: “Oyunu idarə edən yerli hakimlər rəqibin tərəfində idi. Daim Fələstin yığmasının xeyrinə fitini səsləndirirdi. Ancaq istənilən halda, biz oyunu qələbə ilə yekunlaşdırmalı idik”.
0
0