Qurban Qurbanov: Heç kimi ayırmıram, hamı zəif oynadı
01.03.2012 - 00:00
“Açığı, oyun məni açmadı. Fərqli hissələr oldu”. Bunu apasport.az saytının Dubaya ezam olunan əməkdaşına “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
Millimizin Dubaydakı təlim-məşq toplanışına fevralın 28-də gələn gənc çalışdırıcı Sinqapur və Hindistan yığmaları ilə yoldaşlıq görüşlərini izləyə bilməmişdi. Fələstinə 0:2 hesabı ilə uduzduğumuz matçı izləyən Qurbanov sıx qrafiki ön plana çəkib: “İlk hissədə demək olar zəif oynadıq. Ancaq fasilədən sonra yaxşı təsir bağışladıq. Qol imkanlarımız oldu. Belə oyunu başa düşmək olar. Çünki yığmamız qısa müddətdə 3 oyun keçirdi.
Hiss olunurdu ki, futbolçularda bir az yorğunluq var. Çünki 2 gün əvvəl meydana çıxmışdılar. Ancaq hər bir matç yaxşıdır, nəsə götürürsən. Əlbəttə, nəticə qane etmədi.”.
Qurbanov “Qarabağ”ın futbolçularının çıxışı barədə fikir bildirmək istəməyib: “Mən futbolçuları ayırmaq istəmirəm. Hamısı zəif təsir bağışladı. Fələstin yığmasından hansısa futbolçunu “Qarabağ”a götürmək fikrim də yox idi. Ona görə rəqiblə dərindən maraqlanmadım”.

0
0