“Heç vaxt Azərbaycan yığmasını atmaram”
01.03.2012 - 00:08
21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunları keçirildi. Azərbaycan yığması Bakıda İslandiyanı 1:0 hesabı ilə məğlub edərək, ilk qələbəsini qazandı. Oyunda vurulan yeganə qolun müəllifi Əli Gökdəmir qarşılaşmadan sonra apasport.az saytının müxbirinin suallarını cavablandırıb
- Milli komandamız Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində ilk qələbəsini qazandı. İslandiya ilə oyun haqda nə deyə bilərsiniz?
- Birinci hissədə vurduğum qolla fasiləyə hesabda üstün yollandıq. İkinci hissədə isə daha çox hesabı qorumağa çalışdıq. Topu irəli vurmaqla rəqibin qapımıza yaxınlaşmasının qarşısını almağa səy göstərdik. Vacib olan qələbə qazanmaq idi, şükürlər olsun ki, bunun öhdəsindən gəldik.
- İkinci hissədə birinci ilə müqayisədə zəif təsir bağışlamağınız nə ilə bağlı idi? Bunu yorğunluqla əlaqələndirmək olarmı?
- Bu cür deməzdim. Yəni burda tək yorğunluq deyil, başqa səbəblər də var idi. Ola bilsin bəzi oyunçularımız matçı udacağımıza tam əmin deyildilər, beyinlərində buna inanmırdılar. Çünki İngiltərə ilə matçı 0:6 hesabı ilə məğlub olmuşduq. Bunun təsiri də qaçılmaz səbəblərdən biridir. Halbuki, əmin olmadan oyun udmaq olmaz. Azərbaycan futbolçuları heç də pis oynamırlar. Bu cür davam etsək, Bakıda İngiltərə ilə keçirəcəyimiz oyunda qələbə qazanacağıq.
- Standart vəziyyətdən qol vurdunuz. Məşq prosesində bunun üzərində çalışmışdınızmı?
- Məşq zamanı bu cür standart vəziyyətlərdən qol vurmağa çalışırdım. Etiraf edim ki, zərbələrim də dəqiq alınırdı. İslandiya ilə görüşdə əməyimin qarşılığını aldım.
- Bu da faktdır ki, komandanın heyətində sırf hücumçu ampluasında çıxış edən futbolçu yox idi. Bu, müdafiənin işini çətinləşdirmirdi?
- Doğrudur, meydanda yarımmüdafiə və müdafiə var idi. Müdafiə pis çıxış etmədi. Qapımızdan qol buraxmadıq, əvəzində bizə lazım olan qolu vurduq. Oyunu 5:0 və 1:0 hesabı ilə udmağımızın xal qazanmaq baxımından heç bir fərqi yoxdur.
- Topa yaxınlaşarkən, özünüzə əmin idinizmi?
- Əlbəttə, komanda yoldaşıma dedim ki, bu topu mən vurum.
- Adətən standart vəziyyətləri Araz Abdullayev və ya Mirhüseyin Seyidov yerinə yetirirdi...
- Təxminən 30-35 metrlik məsafə idi. Kapitanımız (Mirhüseyn Seyidov - red) dedi ki, birbaşa qapıya vur. Yoxladım və qol oldu.
- Almaniyada işləriniz necə gedir?
- Çox şükür, hər şey qaydasındadır. Klubumda hücumda oynayıram. “Hannover-96”da keçirdiyim 3 oyunda 3 qol vurmuşam.
- Əsas yığmamızdan dəvət alsanız, qəbul edərsinizmi?
- Bu gün bunun üçün burdayam. Əvvəlcə U-21-də özümü sübut etməli, yaxşı tərəfdən göstərməliyəm. Bundan sonra əsas yığmadan dəvət alaramsa, məmnuniyyətlə dəvət edib, o formanı sevə-sevə geyinərəm.
- Amma Cihan Özkara əsas milliyə dəvət alsa da, oynamaqda tərəddüd edir. O, Türkiyə yığmasından dəvət gözləyir...
- Bu mövzuda Cihanla söhbət etməmişəm. Onunla münasibətlərimiz əladır. Bu gün mən belə bir təklif alsam, düşünmədən əsas komandaya yollanaram. Məhz buna görə U-21-dəyəm. A komandada oynamaq istəməsəydim, Azərbaycana gəlməzdim.
- Gələcəkdə Türkiyə yığmasından təklif alsanız və seçim qarşısında qalsanız, hansını seçəcəksiniz?
- And içdim, Türkiyə yığmasına getməyəcəm.
- Niyə?
- Çünki Türkiyə və Azərbaycan yığmalarından birində oynaya bilərdim. Amma Türkiyədən dəvət gəlmədi. Buna görə də, heç vaxt Azərbaycan yığmasını atmaram.

0
0