“Bəxtimizin gətirməsini də qanunauyğun hesab edirəm”
01.03.2012 - 09:29
“Bəxtimizin gətirməsini də qanunauyğun hesab edirəm”
“Çəkdiyimiz zəhmət və müəyyən mənada bəxtimizin gətirməsi qələbə qazanmağımıza yardımçı oldu. Bəxtimizin gətirməsini də qanunauyğun hesab edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının (U-21) baş məşqçisi Bernard Liprert deyib.

Almaniyalı mütəxəssis Avro-2013-ün seçmə mərhələsinin İslandiya ilə oyunu (1:0) haqda fikirlərini bildirib: “Çünki bundan əvvəlki oyunlarda – Norveç və Belçika yığmaları ilə oyunlarda da qələbə qazanmağa layiq idik. Lakin bəxtimiz gətirmədi. Bu oyundan əvvəl komandaya izah etməyə çalışdıq ki, daha kompakt oynayaraq qələbə qazanmalıyıq. Uşaqar bu vəzifənin öhdəsindən gələ bildilər. Qələbəyə görə çox şadam”.