İslandiyalı mütəxəssis: İstəyimizə nail ola bilmədik
01.03.2012 - 09:38
İslandiyalı mütəxəssis: İstəyimizə nail ola bilmədik
“Birinci hissənin əvvəllərində öz qapımıza çox sıxıldıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İslandiya milli komandasının (U-21) baş məşqçisi Eyjolfur Sverrisson deyib.

İslandiyalı mütəxəssis Avro-2013-ün seçmə mərhələsinin Azərbaycanla ilə oyunu (0:1) haqda fikirlərini bildirib: “Meydançanın ot örtüyü də imkan verdiyi üçün uzun ötürmələrə üstünlük verərək ikinci mərtəbədə rəqibimizi üstələmək istəyirdik. Azərbaycan yığmasının müdafiə xətti ilə dayaq yarımmüdafiəçiləri arasında boşluq axtarırdıq. Təəssüf ki, istəyimizə nail ola bilmədik”.