Liderdən darmadağın, yığmamız son pillədən qurtuldu
01.03.2012 - 10:37
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, VIII qrupda 2 görüş baş tutub. Liderlər İngiltərə və Belçika yığmalarının qarşılaşması darmadağınla əlamətdar olub. Futbolun yaradıcıları rəqibini 4 qola qonaq edib. Keçirdiyi əvvəlki 4 oyunda qələbəyə həsrət qalıb 1 xalla kifayətlənən Bernard Lippertin yetirmələri isə İslandiyanı məğlub edərək sonuncu pillədən qurtulub.
29 fevral
U-21-lər arasında Avropa çempionatının VIII seçmə qrupu
AZƏRBAYCAN – İSLANDİYA – 1:0
Gökdəmir, 41
İngiltərə - Belçika – 4:0
Lansberi, 9, 53, Kaulker, 36, Oksleyd-Çemberlen, 90-p.
29 fevral
U-21-lər arasında Avropa çempionatının VIII seçmə qrupu
AZƏRBAYCAN – İSLANDİYA – 1:0
Gökdəmir, 41
İngiltərə - Belçika – 4:0
Lansberi, 9, 53, Kaulker, 36, Oksleyd-Çemberlen, 90-p.
| 1 | İngiltərə | 6 | 5 | 0 | 1 | 21-3 | 15 |
|---|---|---|---|---|---|---|---|
| 2 | Belçika | 6 | 2 | 2 | 2 | 11-12 | 8 |
| 3 | Norveç | 4 | 2 | 1 | 1 | 7-4 | 7 |
| 4 | AZƏRBAYCAN | 5 | 1 | 1 | 3 | 4-14 | 4 |
| 5 | İslandiya | 5 | 1 | 0 | 4 | 2-12 | 3 |
0
0