“Qarabağ”a 90, AZAL-a 76
01.03.2012 - 10:45
Gürcüstan və Albaniya arasında keçirilən yoldaşlıq oyununda Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçu iştirak edib. Apasport.az saytının məlumatına görə, Ansi Aqolli ("Qarabağ") və Ervin Bulkunnun (AZAL) Tiflisdə keçirilən qarşılaşmada meydana çıxıblar. Meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi görüşdə Aqolli və Bulkuya start heyətində şans verilib. Lakin 90 dəqiqə əvəzolunmadan meydanda olan "Qarabağ"dan fərqli, "təyyarəçi" 76-cı dəqiqədə əvəzlənib.
0
0