Özkara - 184-cü oyunda 177-ci futbolçu
01.03.2012 - 10:58
Özkara - 184-cü oyunda 177-ci futbolçu
Azərbaycan milli komandasında çıxış edən futbolçuların sayı 177-yə çatıb. Apasport.az saytının məlumatına görə, 20 illik tarixində 184-cü matçını keçirən millimizdə daha 1 futbolçu Dubaydakı təlim-məşq toplanışında Fələstin yığmasına 0:2 hesabı ilə məğlub olduğumuz yoldaşlıq görüşündə debüt edib. Bu, milliləşən türkiyəli hücumçu Cihan Özkaradır. “Sivasspor”un üzvü fasilədən dərhal sonra meydana girərək 184 oyunluq tarixin 177-ci futbolçusu olub.

Beləliklə yığmamızın almaniyalı baş məşqçisi Berti Foqtsun Dubay toplanışına açıqladığı heyətdə yalnız Anar Nəzirov millidə debüt edə bilməyib. Digər 7 debütant 3 matç ərzində şans qazanıb. Özkara Fələstinlə, Rizvan Umarov, Vüqar Əsgərov və Murad Ağayev Sinqapurla fevralın 24-də, Bədavi Hüseynov. Hacı Əhmədov. Arif Daşdəmirov isə Hindistanla fevralın 27-dəki qarşılaşmada meydana çıxmışdı.