AZAL-ın sabiq futbolçusu Starkovu çətin vəziyyətdə qoydu
01.03.2012 - 11:11
Aleksandr Starkovun baş məşqçisi olduğu Latviya milli komandası Türkiyədə heç-heçə edib. Apasport.az saytının məlumatına görə, “Bakı”nı da çalışdıran latviyalı mütəxəssisin rəhbərlik etdiyi yığmanın Qazaxıstan millisi ilə Antalyada keçirdiyi yoldaşlıq görüşü qolsuz bərabərliklə nəticələnib. Starkov Premyer Liqamızdan çağırdığı futbolçulardan “zolaqlılar”da rəhbərliyi altında oynadığı müdafiəçi Denis İvanova şansı verib. O, 90 meydanda olub. “Qəbələ”nin qapıçısı Pavel Doroşevlə “Simurq”un sol cinah yarımmüdafiəçisi Andrey Rubin ehtiyatda qalıb.
Starkovun komandası matçın yarıdan çoxunu azlıqda keçirməli olub. Belə ki, ötən ilin 2-ci yarısında AZAL-da oynayan müdafiəçi Ritus Kryauklis 23-cü dəqiqədə qırmızı vərəqə alaraq, meydandan qovulub.
Starkovun komandası matçın yarıdan çoxunu azlıqda keçirməli olub. Belə ki, ötən ilin 2-ci yarısında AZAL-da oynayan müdafiəçi Ritus Kryauklis 23-cü dəqiqədə qırmızı vərəqə alaraq, meydandan qovulub.
0
0