Milli komandamızın rəqiblərindən sensasiyalar
01.03.2012 - 11:51
Milli komandamızın rəqiblərindən sensasiyalar
Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə mərhələsində rəqiblərindən olan Lüksemburq yığması sensasiyaya imza atıb. Apasport.az saytının məlumatına görə, “cırtdan ölkə”nin təmsilçisi evdə Makedoniya yığmasını məğlub edib. Makedoniyalılar ötən ilin avqustun 11-də “Dalğa Arena”da millimizə 1:0 hesabı ilə qalib gəlsə də, FİFA reytinqində bizdən aşağı olan yığmaya səfərdə “boyun əydi”.

Qrupumuzun aşkar favorit olan Portuqaliya yığmasının Polşa millisi ilə səfər oyununda qalib gələ bilməməyini də gözlənilməz nəticə saymaq olar. Əvəzində Rusiya yığması tarixində ilk dəfə oynadığı Danimarka millisi ilə səfər matçında inamlı qələbə qazanıb. Ruslar artıq ilk hissədə “Zenit”in futbolçuları – yarımmüdafiəçi Roman Şirokovla hücumçu, yığmanın kapitanı Andrey Arşavinin vurduğu qollarla qələbəni təmin edib.

İsrail yığması Avro-2012-nin Polşa ilə birgə təşkilatçısı olan Ukrayna ilə səfər matçında əzmkarlıq göstərərək, 0:2 hesabı ilə geridə olduğu tarazlığı bərpa etsə də, sonradan daha bir top buraxaraq uduzub. Şimali İrlandiya millisi isə Norveç yığması ilə ev oyununda qapısından 3 top buraxıb.


Polşa - Portuqaliya - 0:0
Danimarka - Rusiya - 0:2
İsrail - Ukrayna - 2:3
Şimali İrlandiya - Norveç - 0:3
Lüksemburq - Makedoniya - 2:1