Qurban Qurbanov yenidən iş başında
01.03.2012 - 12:12
Premyer Liqanın XXII turunda AZAL-la qarşılaşacaq “Qarabağ” oyunun hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, martın 3-dəki oyuna hazırlaşan ağdamlılar günü tək məşqlə keçirib. Milli komandaların düşərgəsində olan futbolçuların yoxluğunda hazırlaşan komanda çalışmanı “Şəfa” stadionunda gerçəkləşdirib. Komandanın baş məşqçisi Qurban Qurbanovun nəzarəti altında çalışıb. Çalışdırıcı dünən Dubayda Azərbaycan - Fələstin matçını izlədikdən dərhal sonra paytaxta qayıdıb və bu gün komandanın başında olub.
0
0