9-cu ölkə, 29-cu legioner
01.03.2012 - 13:58
Türkiyəli legioner Cihan Özkara Azərbaycan milli komandası üçün milliləşən 29-cu futbolçu olub. Apasport.az saytının məlumatına görə, yığmamızın 20 ili əhatə edən 184 oyunluq tarixinə 177-ci futbolçu kimi düşən türkiyəliyə kimi 28 əcnəbi milliləşdirilmişdi. Cihan Fələstin millisi ilə Dubayda keçirilən yoldaşlıq oyununda meydana çıxmaqla adını bu siyahıya yazdırıb. Türkiyə isə millimizə futbolçu verən 9-cu ölkə olub. Bunadək yalnız 8 ölkədən olan gəlmələr milli forma geymək üçün Azərbaycan pasportu almışdı. Bunlar Almaniya, Rusiya, Braziliya, Gürcüstan, Latviya, Nigeriya, Serbiya, Ukraynadır.
0
0