“Uzun müddət bir yerdə oynamağımızın bəhrəsini gördük”
01.03.2012 - 14:21
"Məqsədimiz 3 xal qazanmaq idi. Sona kimi mübarizə aparıb, istəyimizə nail olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının (U-21) futbolçusu Tərlan Quliyev deyib.
O, Avropa çempionatının seçmə mərhələsinin İslandiya ilə oyunu haqda fikirlərini açıqlayıb: “Mən də daxil olmaqla komanda yoldaşlarımın çoxu "Neftçi"nin yetirməsidir. Elə buna görə də kollektiv futbol nümayiş etdirməkdə problem yaşamadıq. Uzun müddət bir yerdə oynamağımızın bəhrəsini gördük. İnanıram ki, azarkeşlərimizi sevindirməyə davam edəcəyik".
Qeyd edək ki, hazırda Quliyev müqavilə ilə “Neftçi”yə məxsus olsa da “Sumqayıt”a icarəyə verilib.

0
0