“Qara bazar”ın qarşısının alınmağı güc strukturlarına aid olan məsələdir”
01.03.2012 - 15:06
“Qara bazar”ın qarşısının alınmağı güc strukturlarına aid olan məsələdir”
“Azəridmanservis” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru Azər Məhərrəmov ölkəmizdə mərc oyunları ilə bağlı fəaliyyət göstərən “qara bazar”a toxunub. Apasport.az saytının məlumatına görə, Məhərrəmov “Topaz”ın virtual satış agenti olan eTopaz-ın bugünkü rəsmi təqdimat mərasimində bununla bağlı sualı cavablandırdığı zamanı fikirlərini bildirib. O, bununla bağlı Milli Məclisdə qanun dəyişikliyindən söz açıb: “Ötən ilin sentyabrın sonunda Milli Məclisdə qanunvericilikdə dəyişiklik edəndən sonra sanksiyalar sərtləşib, cərimələr kəskinləşib. Ancaq biz Gənclər və İdman Nazirliyinin nümayəndəliyi olaraq buna qarışa bilmərik. Çünki “qara bazar”ın qarşısının alınmağı güc strukturlarına aid olan məsələdir. Əsas məsələ “Topaz”ın qanuni fəaliyyət göstərməyidir. İnanıram ki, “qara bazar”la bağlı problemin həlli ilə bağlı müəyyən addımlar atılacaq”.

ETopaz-a rəhbərlik edən NETBET MMC-nin baş direktoru Altay Əliyev də “Topaz”da hər şeyin qanuni olduğunu, fəaliyyət müqabilində dövlətə verdiyi ödənildiyini ön plana çəkib: “Burada 2500 manata kimi pul qazanan insan diler vasitəsilə uduşunu ala bilir. Bundan böyük məbləğdə ödəniş bank vasitəsilə həyata keçirilir. Qara bazar”da isə mərc oyunları kor-təbii şəkildə həyata keçirilir”.