“İslandiya ilə oyundan əvvəl söz vermişdik ki, qələbə qazanacağıq”
01.03.2012 - 15:37
"Oyundan əvvəl də söz vermişdik ki, qələbə qazanacağıq. Dediyimiz kimi də oldu”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının kapitanı Mirhüseyn Seyidov bildirib. Yarımmüdafiəçi oynadığı “Neftçi”nin rəsmi saytına açıqlamasında 2013-cü il Avropa çempionatının seçmə mərhələsində İslandiya yığmasına Bakıda 1:0 hesabı ilə qalib gəldikləri oyunla bağlı fikirlərini açıqlayıb.
Seyidovun sözlərinə görə, yığmada komanda yoldaşlarımın əksəriyyəti ilə "Neftçi"də çiyin-çiyinə oynadığından, bir-birlərini başa düşmək sarıdan çətinliyi olmayıb: “Kapitan olmağım məsuliyyətimi daha da artırır. Gərək özüm yaxşı oyun göstərim ki, komanda yoldaşlarıma da deməyə sözüm olsun. Qrupdakı rəqiblərimizin hamısı ilə layiqli mübarizə apara bilərik. Çalışacağıq ki, bu qələbəmizin ardı gəlsin”.

0
0