“Topaz” “Benfika” – “Portu” duelini təkli matç seçdi
01.03.2012 - 15:43
“Topaz” “Benfika” – “Portu” duelini təkli matç seçdi
“Topaz” bu günün futbol proqramını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru Portuqaliya Super Liqasının “Benfika” – “Portu” oyununu (oyun kodu -520) təkli matç kimi təqdim edib.

Bununla yanaşı, daha 15 ekspress oyun proqramda yer alıb. Ekspress matçlar əsasən İngiltərə Çempionlar Liqası, Portuqaliya Super Liqası, İtaliya B seriyasında keçiriləcək.

Xatırladırıq ki, “Topaz”da mərcin minimal məbləği cəmi 1 manat təşkil edir. Azərbaycanda ilk qanuni idman mərc oyunu olan “Topaz”, öz iştirakçılarının uduşlarına dövlət təminatı verir.

“Topaz” 18 yaşına çatmamış şəxslərin mərclərini qəbul etmir.