Berti Foqts Dubayda eyni aqibəti yaşadı
01.03.2012 - 18:11
Azərbaycan milli komandası 3 oyunluq məğlubiyyətsiz seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, almaniyalı Berti Foqtsun baş məşqçisi olduğu yığmamız 140 gündən sonra meydanı məğlub tərk edib. Bu, Dubaydakı təlim-məşq toplanışımızdakı sonuncu yoldaşlıq görüşündə – fevralın 29-da Fələstin yığmasına 0:2 hesabı ilə uduzduğumuz matçda reallaşıb. Millimiz bunadək son məğlubiyyətini ötən seçmə mərhələnin son oyunu olan 2011-ci ilin oktyabrın 11-də Türkiyə yığmasına İstanbulda 0:1 hesabı ilə uduzduğu rəsmi matçda almışdı.
Fələstinlə matç Foqtsun yığmamızın “sükanı arxası”nda 45-ci oyunu olduğundan, yubiley düşərli olmayıb. 2008-ci ilin aprelindən iş başında olan təcrübəli mütəxəssis 10 qələbəyə sevinib, 11 heç-heçə edib, 24 dəfə uduzub. Bu matçlarda 37 qol vuran millimiz 72 top buraxıb. Bu, Foqtsun 4 ildə 6-cı dəfə 0:2 dəfə uduzduğu matç olub. Maraqlıdır ki, o, bunlardan son 2-ni Dubay toplanışında son oyununda alıb. Foqts ən çox 0:1 hesabı ilə uduzub – 8 dəfə.
Millimizin tarixində ilk dəfə görüşdüyü Fələstinlə matç tarixində 184-cü matç olub. Yığmamız 1992-ci ildən indiyədək 33 qələbə qazanıbsa, 45 heç-heçə və 106 dəfə meydanı başıaşağı tərk edib. Bu günə qədər 129 qol komandamız 330 dəfə topu öz qapısında görüb.
İndiyə kimi oyunlarımızdan 88-i dünya və Avropa çempionatının seçmə mərhələ oyunu olubsa, 96 yoldaşlıq matçları xarakteri daşıyıb. Onlardan 25 qələbə qazanıb və 32 dəfə heç-heçə edən millimiz 39 dəfə meydandan məğlub ayrılıb. Topların fərqi 88-127 rəqiblərinin xeyrinədir.
Berti Foqtsun milli komandamızda 0:2 hesabı ilə uduzduğu oyunlar
2009-cu il
28 mart. Dünya çempionatının seçmə mərhələ oyunu. Moskva. Rusiya - Azərbaycan - 2:0
2 iyun. Yoldaşlıq görüşü. Kayseri. Türkiyə - Azərbaycan - 2:0
12 avqust. Dünya çempionatının seçmə mərhələ oyunu. Bakı. Azərbaycan - Almaniya - 0:2
2010-cu il
17 noyabr. Yoldaşlıq görüşü. Podqoritsa. Çernoqoriya - Azərbaycan - 2:0
2011-ci il
9 fevral. Yoldaşlıq görüşü. Dubay. Azərbaycan - Macarıstan - 0:2
2012-ci il
29 fevral. Yoldaşlıq görüşü. Dubay. Azərbaycan - Fələstin - 0:2

0
0