145 gündən sonra qırmızı vərəqə
01.03.2012 - 18:55
“Qarabağ”ın futbolçusu Rəşad Sadiqov Azərbaycan milli komandasında ilk dəfə qırmızı vərəqə alıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi 2006-cı ildən şərəfini qoruduğu, 19 oyun keçirdiyi millimizdə ən ağır cəzasını alıb. Bu, Dubaydakı təlim-məşq toplanışında Fələstin yığmasına 0:2 hesabı ilə uduzduğumuz matçda olub. Rəşad rəqib 39-cu dəqiqədə hesabı açandan dərhal sonra 1 dəqiqəyə 2 sarı vərəqə alaraq, meydandan çıxarılıb. Matçı aşağı səviyyədə idarə edən yerli hakim Əli Həmad həmin vaxt qapımıza ofsaydan vurulan qolu saydığına etirazını bildirən bir sıra futbolçularımıza sarı vərəqə göstərib.
Millimizdə bunadək sonuncu qırmızı vərəqə keçən seçmə mərhələ çərçivəsində ötən ilin oktyabrın 7-də Avstriyaya “Dalğa Arena”da 1:4 hesabı ilə uduzduğu rəsmi oyunda alınmışdı. Onda isveçrəli FİFA referisi Stefan Studer müdafiəçimiz Saşa Yunisoğluya 27-ci dəqiqədə birbaşa qırmızı vərəqə göstərmişdi. Həmin vaxt da hakimin sərt qərarı nəticəyə təsir etmişdi. Yığmamız 145 gün sonra yenə matçı azlıqda başa vurmalı olaraq, uduzub.

0
0