“Azərbaycan klubu mənə heç olmasa 500 min avro verməlidir ki...”
02.03.2012 - 15:03
“Ötən ilin yayında Azərbaycan klublarından biri mənə təklif göndərdi. Ayıma 33 min avro təklif edirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniya milli komandasının sabiq futbolçusu Nikolae Mitea deyib.
Karyerası ərzində Buxarest “Dinamo”su (2002-03, 2008-09) və Hollandiya “Ayaks”ında (2003-08) oynamış 27 yaşlı cinah yarımmüdafiəçisi ötən yay anlaşdığı “Petrolul” klubundan qovulub.
Cəmi 6 ay oynadığı komandaya lazım olmayan Mitea bu kluba keçərkən aldığı digər təklifi dəyərləndirməməyin acısını çəkir: “Lakin onların şərti ilə razılaşmayıb, daha artığını istədim. Axı mənim səviyyəm, imicim var. Vaxtilə Azərbaycanda oynamış Katalin Lita mənə menecerlik edib, ora aparacaqdı. Lakin 400 min avro pula ora getmərəm. Azərbaycan klubu heç olmasa 500 min avro verməlidir ki, mən orda oynayım”.
Qeyd edək ki, Mitea “Ayaks”la Hollandiya çempionu, Kubokunun və Superkubokunun sahibi olub. Onun meneceri Lita isə 2005/06 mövsümünün 2-ci yarısında “Xəzər Lənkərn”da çıxış edib.

0
0