“Milan”ın sabiq futbolçusu yığmamızın darmadağınını izlədi
02.03.2012 - 16:32
Bu gün Azərbaycanın 17 yaşadək qızlardan ibarət yığma komandası gürcü həmyaşıdları ilə “Dalğa Arena”da ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, AFFA-nın dəvəti ilə ölkəmizə gələn “Milan”ın və Xorvatiya yığmasının sabiq futbolçusu Dario Şimiçin stadiondan izləyən yoldaşlıq görüşü böyük hesablı qələbəmizlə nəticələnib – 5:0. Maya Danqadze oyunda dubl edib, Melis Sarıaltun, Aliyə Vəliyeva və Sevinc Cəfərzadə hərəyə 1 qol vurub.
Qeyd edək ki, yığmamız gürcülərlə 2-ci oyununu martın 4-də həmin məkanda keçirəcək.
Qeyd edək ki, yığmamız gürcülərlə 2-ci oyununu martın 4-də həmin məkanda keçirəcək.
0
0