“Bakı” – “İnter” matçının hakimi bəlli oldu
02.03.2012 - 18:28
“Bakı” – “İnter” matçının hakimi bəlli oldu
Premyer Liqada XXII tura hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyunu olan Bakı derbisini – “Bakı” – “İnter” matçını Elçin Məmmədov idarə edəcək. FİFA referilərindən Fariz Yusifovla Anar Salmanov da baş hakim kimi təyinat alıb. Digər FİFA hakimi Vüsal Əliyev isə ayağında cərrahiyyə əməliyyatı üzündən Türkiyədə təlim-məşq toplanışında kənarda qalaraq, hazırda bərpa prosesi keçir.

3 mart

14:00. “Sumqayıt” – “Xəzər Lənkəran”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Ramil Əhmədov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu

14:00. “Kəpəz” – “Simurq”
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, İsgəndər Əliyev, Rasim Məmmədov
Gəncə. Şəhər stadionu

14:00. “Turan” – “Neftçi”
Hakimlər: Rövşən Əhmədov, Rza Məmmədov, Azər Əsgərov, Hacıəli Ağayev
Şəmkir. Olimpiya İdman Kompleksinin stadionu

14:30. “Bakı” – “İnter”
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Elvin Əsgərov
Bakı. “Bakı”nın təlim-məşq bazasının meydançası

14:30. “Qarabağ” – AZAL
Hakimlər: Rəhim Həsənov, İlham Əliyev, Mübariz Haşımov, Teymur Fərhadov
Ağdam. Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu

16:30. “Rəvan” – “Qəbələ”
Hakimlər: Anar Salmanov, Zeynal Zeynalov, Elşən Acalov, Vüsal Əliyev
Bakı. “Dalğa Arena” stadionu