Futbolçuların hakimlərlə danışmasına qadağa qoyulur
02.03.2012 - 18:58
Norveç Futbol Assosiasiyası (NFA) maraqlı addım atmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, NFA oyun zamanı futbolçuların hakimlərlə danışmasına qadağa qoymağı planlaşdırır.
Bununla üzərində işləyən NFA yalnız kapitanların hakimlərlə söhbətləşməyinə icazə verəcək. Digər futbolçulardan ədalət təmsilçisinə söz deyən sarı yaxud qırmızı vərəqə ilə cəzalandırılacaq.
NFA-nın baş katibi Ketil Seym çıxaracaqları qərarla inkişafa nail olacaqlarını düşünür: “Norveç futbolu cəmiyyətimizə müsbət təsir göstərir. Bu, çox vacib təşəbbüsdür. Biz onu birgə inkişaf etdirəcəyik”.

0
0