Araz Abdullayev oynamadı
03.03.2012 - 22:21
Araz Abdullayev oynamadı
Yunanıstan Superliqasında XXIII turun oyunlarına start verilib. Apasport.az saytının xəbərinə görə, həmyerlimiz Araz Abdullayevin formasını geyindiyi “Panionios” öz meydanında "Atromitos"la qarşılaşıb.
Son turlar uğursuz çıxış edən "Panionios"u bu görüşdə də qələbəyə həsrət qalıb. Arazın ehtiyatda qaldığı oyunda isə komandası 1:2 hesabı ilə uduzub.

Bu yenilgidən sonra "Panionios" 23 xalla turnir cədvəlində 10-cu yeri tutur.