Rizvan Fərzəliyev UEFA-nın qərarını gözləyir
03.03.2012 - 13:19
Azərbaycan futzal yığmasının liderlərindən olan Rizvan Fərzəliyevin dünya çempionatının pley-off mərhələsində Rusiya ilə görüşdə iştirakına aydınlıq gəlməyib. AFFA-nın futzal üzrə koordinatoru Asim Xudiyev apasport.az saytına açıqlamasında təcrübəli oyunçunun məsələsinin hələlik açıq qaldığını bildirib.
Belə ki, millimizin Avropa çempionatının final mərhələsində Serbiya yığmasına 8:9 hesabı ilə uduzduğu oyundan sonra intizamsızlıq etdiyi bildirilən Rizvan UEFA-nın qərarını gözləməli olacaq: “Həmin matçın hakim-inspektoru Fərzəliyevlə bağlı bildiriş yazıb. Buna UEFA-nın Nizam-İntizam Komitəsinin iclasında baxılacaq. Tarix dəqiq bilinməsə də, yaxında keçirilməlidir. Hər halda, pley-off mərhələsinə kimi oyunçumuzun taleyini, Rusiya ilə matçlarda iştirak edib-etməyəcəyini bilməliyik”.
Xudiyevin sözlərinə görə, millimizdə oyun sayında rekordçu olan Rizvan haqda hansı qərar çıxarılacağını indidən dəqiq demək olmaz: “UEFA bildirişə əsasən oyunçumuzu cəzalandıra bilər. Nəticədə Rizvanın ruslarla matçları buraxmağı mümkündür. Ancaq elə də ola bilər ki, UEFA-nın qərarı ilə Rizvana yalnız xəbərdarlıq edilsin. Onda futzalçımız pley-off matçlarında meydana çıxacaq. Hələlik dəqiq bildiyimiz əsas qapıçımız Andrey Tveryankinin cəzalı olmağıdır. Çünki Serbiya ilə matçda 2 sarı alaraq, meydandan çıxarıldığı üçün 1 oyunluq cəzalıdır. Bu da Andreyin Bakıdakı oyundan kənarda qalmağı deməkdir. UEFA hələlik Tveryankinin cəzalı olduğunu bizə rəsmi şəkildə göstərib”.
Qeyd edək ki, Rusiya yığmasının 2 hücumçusu – milliləşdirilən braziliyalı bombardiri Sirilo ilə Sergey Abramov Avropa çempionatının İspaniya yığmasına 1:3 hesabı ilə uduzduqları final matçından sonra cəza üzündən Bakıda meydana çıxa bilməyəcəklər.
Mehman SÜLEYMANOV

0
0