Millimiz XXI əsrdə ən yaxşı göstəriciyə imza atsa da...
03.03.2012 - 13:53
Azərbaycan yığması XXI əsrdə məhsuldarlığını artırıb. Apasport.az saytının məlumatına görə, millimiz 2001-dən başlayaraq ilin ilk 3 oyunda qol sayında ən yaxşı göstəricisini Dubayda yenicə başa çatan təlim-məşq toplanışında reallaşdırdı.
Belə ki, Berti Foqtsun komandası keçirdiyi 3 yoldaşlıq görüşündə 5 qol vurdu. Bunlardan 2-si Sinqapurla bərabərliyə qaldığımız (2:2), 3-ü Hindistana böyük hesabla qalib gəldiyimiz (3:0) oyunda gerçəkləşdi. Amma millimiz Fələstinə uduzduğu görüşdə qol vura bilmədi – 0:2
2001-ci ildən başlayaraq yığmamızın ilin 3 oyununa nəzər salsaq, ən yaxşı göstəricimizin 2004-cü ildə olduğunu görərik. Belə ki, onda ilk 3 matçda 4 qol vurmuşduq. Bunlar Serbiya və Çernoqoriya yığması ilə tarixi oyunlarımızda gerçəkləşib. Podqoritsa və Bakıdakı matçda əzmkarlıq göstərən futbolçularımız səfərdə heç-heçə (2:2), evdə qalib gəlmişdi (2:1).
Millimizin tarixində məhsuldarlıq baxımından mütləq rekord isə 1993-cü ildə olub. Həmin vaxt yığmamız ildə 4 oyun keçirərək, 9 qola imza atmışdı. Heç bir matçda uduzmayan komandamız bu oyunların ilk 3-də meydanı qalib tərk etmiş, 1-də heç-heçə etmişdi. Onda yığmamız İranın paytaxtı Tehranda iştirak etdiyi beynəlxalq turnirdə 3 gündə 3 dəfə meydana çıxaraq, Tacikistana 2:0, Qırğızıstana 3:2 hesabı ilə qalib gəlmiş, Qazaxıstanın 21 yaşlılardan ibarət yığması ilə 3:3 hesablı bərabərliyə qalmışdı. Millimiz 1993-cü ilk matçında isə Gürcüstanı Gəncədə 1:0 hesabı ilə məğlub etmişdi.
Göründüyü kimi, 18 il öncə 3 oyunda 6 qol vurmuşduq və Fələstinlə matçda heç olmasa rəqib qapısına yol tapa bilsəydik, rekorda şərik olacaqdıq. Ancaq buna müyəssər olmayan futbolçularımız həm 3 oyunluq məğlubiyyətsiz, həm də 3 oyunluq qollu seriyamıza son qoydu.
Qeyd edək ki, millimizin Dubay toplanışında vurduğu qollardan 2-nə yarımmüdafiəçi, “Qəbələ”nin kapitanı Mahir Şükürov imza atdı. O, ilk 2 oyunda hərəyə 1 qol dəfə fərqləndi. Qalan 3 qol “Qarabağ”ın hücumçuları Rauf Əliyevlə Vüqar Nadirovun və “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin adına yazıldı.
Mehman SÜLEYMANOV

0
0