Bakı derbisi Premyer Liqanın ən yaxşı qapıçısına düşmür
03.03.2012 - 16:00
Premyer Liqanın ən etibarlı qapıçısı olan Georgi Lomayanın “quru seriya”sı qırıldı. Apasport.az saytının məlumatına görə, “İnter”in gürcüstanlı qapıçısı 77 gündən sonra qapısında top gördü.
Bu, XXII turunun hazırda “Bakı” ilə keçirilən səfər matçında gerçəkləşdi. Meydan sahiblərinin braziliyalı yarımmüdafiəçi Xavyer Junior Vilson Lomayanı məyus etməklə, hesabı açdı.
Maraqlıdır ki, Georgi bunadək son qolunu da Bakı derbisində buraxmışdı. Söhbət onun komandasının XVII turda, dekabrın 17-də “Neftçi”yə “Şəfa” stadionunda 2:1 hesabı ilə qalib gəldiyi oyundan gedir. Onda da ilk hissədə topu qapısından çıxarmalı olan Lomaya 41-ci dəqiqədə rəqibin yarımmüdafiəçisi Rəşad Abdullayevin zərbəsi qarşısında aciz qalmışdı. “İnter”in qapıçısı bundan sonra “quru seriya”sı 331 dəqiqə çəkdi.
Qeyd edək ki, Georgi Premyer Liqamızda bütün matçları əvəzedilmədən keçirib. Məhz “İnter” cari mövsümdə az top buraxan komandadır. “Bankirlər”in hesabına 10 qol var ki, bunun 3-ü ilk dövrədə “Bakı” ilə ev oyununda verilən 0:3 hesablı texniki məğlubiyyətə görədir. Yəni Lomaya 21-ci oyununda yalnız 7-ci dəfə topu qapısından çıxardı.
Mehman SÜLEYMANOV

0
0