Yenə “Neftçi”
03.03.2012 - 16:32
Premyer Liqanın təsnifat mərhələsinin qalibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, qış çempionu “Neftçi”nin ilk “altılığ”a 1-ci yerdə başlayacağı artıq dəqiqləşib.
Buna bu gün keçirilən XXII turun oyunları aydınlıq gətirib. Belə ki, səfərdə “Turan”ı 1:0 hesabı ilə yenən “Neftçi”nin ən yaxın izləyicisi olan “İnter” Bakı derbisində uduzdu. “Bakı”ya 0:1 hesablı məğlubiyyət nəticəsində liderdən artıq 4 xal geri qalan “bankirlər” təsnifat mərhələsinin sonuna 1 tur qalmış “ağ-qaralar”a çata bilməyəcək.
3-cü yerdəki “Xəzər Lənkəran” isə “Neftçi”dən 5 xal geridədir. Təsnifat mərhələsinə martın 7-də XIX turdan təxirə salınan oyunlarla yekun vurulacaq. Həmin gün “Neftçi” “Bakı”nın, “Xəzər Lənkəran” “Turan”ın qonağı olacaq. Lənkəranlıları 1 xal qabaqlayan “İnter” isə “Rəvan”ı qəbul edəcək.
Qeyd edək ki, son çempion olan “ağ-qaralar” ötən mövsüm də təsnifat mərhələsinin 1-ci yerdə bitirmişdi.
Mehman SÜLEYMANOV

0
0