Cüneyt Biçər: 3 xalı 3 qolla qazanmağımız xoş oldu
03.03.2012 - 16:58
Cüneyt Biçər: 3 xalı 3 qolla qazanmağımız xoş oldu
“Almaniyalı həmkarım Bernard Raabı gənc, mübariz komanda yaratdığı üçün təbrik edirəm. Bu qədər gənc futbolçunu bir yerə toplayıb gözəl komanda yaratmaq o qədər də asan məsələ deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyt Biçər deyib.

Premyer Liqanın XXII turunda bu gün autsayder “Sumqayıt”ı böyük hesabla yenən (3:0) Lənkəran klubunun türkiyəli çalışdırıcı matçın keçirildiyi Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionundan qazonundan narazı qalıb: “Meydanın pis olması hər iki komandanın oyununa mənfi təsir etdi. Matçın əvvəlində bir qədər çətinlik çəkdik. İlk qoldan sonra oyunumuz daha yaxşı alındı. İkinci qoldan sonra isə bir az rahat oynadıq. Üç xalı 3 qolla qazanmağımız xoş oldu”.