“Neftçi” ilə oyunda da öz gücümüzü ortaya qoyacağıq”
03.03.2012 - 17:15
“Neftçi” ilə oyunda da öz gücümüzü ortaya qoyacağıq”
“İki fərqli hissə izlədik. İlk yarıda komandam daha yaxşı oynadı və hesabı açdıq". Apasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Aleksandr Starkov "İnter"lə oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.

Elvin Məmmədovun qırmızı vərəqə almasına toxunan latviyalı mütəxəssis bu haqda belə danışıb: "Azlıqda qaldıqdan sonra komandam zəif oynadı. Hər iki komandanın oyunçularına qırmızı vərəqə göstərilə bilərdi. Bununla belə, hakimlik haqda danışmaq istəmirəm.

Onu deyə bilərəm ki, Elvini itirdik. Ancaq qələbə hesabını qoruduqları üçün oyunçularıma təşəkkür edirəm. Komandada yerli oyunçularla heç bir problemim yoxdur. Sadəcə, bəzi futbolçular hazır deyil. “Neftçi” ilə oyunda da öz gücümüzü ortaya qoyacağıq".