Sergey Yuran: Belə şəraitdə oynamaq hər 2 komanda üçün çətin idi
03.03.2012 - 17:24
Sergey Yuran: Belə şəraitdə oynamaq hər 2 komanda üçün çətin idi
“Meydança pis vəziyyətdə idi. Belə şəraitdə oynamaq hər iki komanda üçün çətin idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Simurq”un baş məşqçisi Sergey Yuran deyib. “Altılığ”a düşməyəcəyi hələ bunadək bilinən “Kəpəz”lə “Simurq” bu gün Gəncədə görüşüb.

Rusiyalı çalışdırıcı 0:2 hesabı ilə uduzduqları matçda meydançanın vəziyyətindən narazı qalıb: “Hər iki komandanın bir sıra qol imkanları oldu. Rəqibimiz əlinə düşən fürsətlərdən yararlana bilsə də, biz bunu bacarmadıq”.

“Kəpəz”in baş məşqçisi Fuad İsmayılov qələbənin əsas səbəbi kimi oyuna daha yaxşı hazırlaşmalarını göstərib: “Simurq”la bizim xallarımız eynidir. Oyuna çox yaxşı hazırlaşmışdıq və qələbə qazanmaq üçün meydana çıxmışdıq. Belə də oldu”.