“İnter”in problemi nədir?
03.03.2012 - 17:49
“İnter”in problemi nədir?
"Uzun müddətdir məğlubiyyətsiz seriyasını davam etdirirdik. Bu üzdən komandada psixoloji gərginlik var idi”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib. “Bankirlər” ölkə kubokunu da nəzərə alsaq 19 oyundan sonra məğlubiyyəti bu gün “Bakı” ilə səfər matçında aldı – 0:1.

Sxadadze məğlubiyyəti zəif oyun nümayiş etmələri əlaqələndirib: “Oyunumuz alınmadığından 3 xalı qazana bilmədik. Komandamda bəzi problemlərin olduğunu gördüm. Bu səhvləri növbəti oyunlarda təkrarlamamağa çalışacağıq".