“5 qol imkanımız olsa da, bundan istifadə edə bilmədik”
03.03.2012 - 18:00
“5 qol imkanımız olsa da, bundan istifadə edə bilmədik”
“Futbolçularımın AZAL-la matçda nümayiş etdirdiyi oyundan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Ağdamlılar bu il ardıcıl 3-cü qələbəsini evdə AZAL üzərində 1:0 hesabı ilə qazanıb.

Qurbanovun sözlərinə görə, oyunun rəqibin ilk "altılığ"a düşmək üçün son şansı olmağının matçın gedişinə təsir edib: “AZAL-ın axırıncı şansı olduğundan, oyuna yaxşı hazırlaşıb, sona kimi mübarizə apardı. Ancaq bizim futbolçularım da sona qədər mübarizə apardı və çox vacib 3 xalı qazandı”.

Bu məğlubiyyətlə “altılıq”dan rəsmən kənarda qalan AZAL-ın baş məşqçisi Rafiq Mirzəyev aparıcı futbolçuları - kapitanı, millimizin də üzvü olan müdafiəçi Aqil Nəbiyevlə mərakeşli yarımmüdafiəçi Zohair Benouahinin zədələnərək meydandan çıxması komandalarının oyun planını pozduğunu deyib: “Komandamız ilk hissədə daha yaxşı oynadı. Beş qol imkanımız olsa da, bundan istifadə edə bilmədik”.

Qeyd edək ki, qələbə topunun müəllifi sonradan meydana çıxaraq, 80-ci dəqiqədə fərqlənən hücumçu Rauf Əliyev olub.