Dodo: Hər oyuna final matçı kimi çıxacağıq
04.03.2012 - 17:18
“Komandamız matça sürətli başladı və layiqli qələbə qazandı. “Altılığ”a belə böyük hesablı qələbə ilə vəsiqə qazanmaq gözəl oldu”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun futbolçusu Luis Hilario Dodo deyib.
Premyer Liqanın XXII turunun “Rəvan”la səfər oyununda qol vura bilməsə də, qələbənin memarlarından olan Dodo bildirib ki, qələbə seriyalarını davam etdirmək istəyirlər: “Artıq “Kəpəz”lə oyuna köklənmişik. Qələbə seriyamızı davam etdirmək istəyirik. Hədəfimiz məlumdur – Avropaya vəsiqə qazanmalıyıq. Bu nəticəyə çatmaq üçün hər oyuna final matçı kimi çıxacağıq. Bizi güclü rəqiblərlə mübarizə gözləyir. Qarşımıza qoyulan tapşırığın öhdəsindən gələcəyimizə inanıram”.

0
0