Millimizdən darmadağın
04.03.2012 - 19:07
Millimizdən darmadağın
17 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında bu gün növbəti yoldaşlıq oyunu keçirilib. Apasport.az saytının xəbərinə görə, “Dalğa Arena”da baş tutan qarşılaşma komandamızın böyük hesablı qələbəsi ilə nəticələnib – 6:0. Millimizin heyətində hərəyə 1 dəfə Melis Sarıaltın, Maya Danqdze, Sevinc Cəfərzadə, Olya Şioşvili və Aysun Əliyeva fərqlənib. Bir qolu isə Tekle Qulordova öz qapısından keçirib.

Ölkəmizdə səfərdə olan, FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu seçilmiş xorvatiyalı veteran futbolçu Dario Şimiç oyun başa çatdıqdan sonra yığmamızın üzvləri ilə görüşüb, qələbə münasibətilə futbolçularımızı təbrik edib.