Sissi Rayt: Bizim üçün əsas olan öz oyunumuzu göstərmək idi
04.03.2012 - 19:13
Sissi Rayt: Bizim üçün əsas olan öz oyunumuzu göstərmək idi
“Fiziki hazırlığımızın zəif olması nəticəyə təsirini göstərdi”. Apasport.az saytının xəbərinə görə, bunu 17 yaşadək qızlardan ibarət Gürcüstan millisinin baş məşqçisi Geronti Naçxediya deyib.

Bu gün yığmamızla qarşılaşan Gürcüstan millisi oyundan ağır hesablı məğlubiyyətlə ayrıldı. Qarşılaşma ilə bağlı fikirlərini bildirən Naçxediya bildirib ki, komandası hələ çox çalışmalıdır.

Millimizin çalışdırıcısı Sissi Rayt isə oyunla bağlı bunları deyib: “Avropa çempionatının seçmə mərhələsindən sonra komandanın vəziyyətini yoxlamaq üçün bu oyunlar vacib idi. Ola bilər ki, bizimlə müqayisədə rəqib çox zəif görünürdü, amma bizim üçün əsas olan öz oyunumuzu göstərmək idi. Bu qələbələr qızlarda özünəinam hissinin güclənməsinə kömək edəcək”.