“Simurq”dan Qazaxıstana
05.03.2012 - 10:10
“Simurq”dan Qazaxıstana
Zaqatalanın “Simurq” klubundan ayrılan Yevgeni Şmakov özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 2011-ci ilin yayında ölkəmizə gəlib, dekabrda imtina olunan ukraynalı yarımmüdafiəçi bundan sonra Qazaxıstanda çıxış edəcək. 26 yaşlı futbolçu bu ölkənin “Kaysar” klubuna keçib.

Qeyd edək ki, 2011/12 mövsümünün ilk yarısında “Simurq”un bütün çempionat oyunlarında iştirak edən Şmakov 18 matçda 3 qol vurub və 1 sarı vərəqə almışdı.