Transferlərə ən çox pul xərcləyən klubların adları açıqlandı
05.03.2012 - 10:42
Transferlərə ən çox pul xərcləyən klubların adları açıqlandı
FİFA 2011-ci ildə klubların transfer xərclərini yeniləyib. Apasport.az saytının məlumatına görə, transferlərə ən çox xərcləyən klub PSJ-dir.

Fransa təmsilçisi heyətini gücləndirilməyinə 106 milyon avro sərf edib. Yalnız İtaliyanın “Palermo” klubundan argentinalı yarımmüdafiəçi Xavyer Pastorenin alınmağına 42 milyon avro xərclənib. Bu, ötən ilin rekordu sayılır.

2-ci yerdə Roman Abramoviçin sahibi olduğu “Çelsi” gedir. London təmsilçisinin 102 milyon avro xərci çıxıb. 3-cü yerdə “Mançester Siti” durur. Şeyx Mansurun sahibi olduğu Mançester təmsilçisi də bu qədər xərcləyib.

Qeyd edək ki, futbol klubları yeni oyunçuların alınmağına 3 milyard dollar vəsait ödəyib.