Ramin Musayev: Düzdü, Əsasnamədə belə bir bənd yoxdur
05.03.2012 - 12:01
“Kəpəz”in “Simurq”la matça qara sarğı ilə çıxması klub prezidenti Elmir Əliyevin atasının vəfatı ilə bağlı idi”. Bunu apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Gəncə təmsilçisi Premyer Liqanın XXII turunun “Simurq”la, “İnter” isə “Bakı” ilə oyuna qara sarğıda çıxsa da, əslində, çempionatın Əsasnaməsində belə hallar üçün hər hansı bənd yoxdur.
Musayevin fikrincə, bu, sırf insanlıq, mənəvi meyarlarla bağlı məsələdir: “Düzdü, Əsasnamədə belə bir bənd yoxdur. Amma ölüm hadisəsi oyun ərəfəsində baş verdiyindən klub rəhbərliyi meydana qara sarğı ilə çıxmaq üçün Peşəkar Futbol Liqasına müraciət etmişdi. “İnter” məşqçisi Georgi Çixradzenin atası, “Kəpəz” isə prezidenti Elmir Əliyevin atasının vəfatı ilə əlaqədar bu addımı atıb”.
Musayev bunun klubların müraciətinə əsasən gerçəkləşdiyini bildirib: “Dünya praktikasında belə hallar olur. İstənilən klub öz idmançısının və ya üzvünün belə halla üzləşməsini bu yolla yad edir. Təbii ki, bunun üçün bizə rəsmi müraciət olmalıdır. Biz də bunu anlayışla qarşılayaraq, istənilən klubun müraciətini müsbət dəyərləndirə bilərik”.

0
0