Dario Şimiç gənclərin əhatəsində - FOTOSESSİYA
05.03.2012 - 12:14
FIFA U-17 qadınlararası dünya çempionatı Yerli Təşkilat Komitəsinin üzvləri tərəfindən ali təhsil müəssisələri, QHT, səfirlik və digər qurumlarda təşkil olunan silsilə təqdimatların növbətisi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında keçirilib. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, tədbirdə Könüllülük Proqramı ilə maraqlanan 70-ə yaxın gənc iştirak edib.
Əksəriyyəti tələbə olan gənclərə dünya çempionatına ümumi hazırlıq çərçivəsində görülən tədbirlər haqda məlumat verilib, beynəlxalq turnirin ölkəmiz üçün əhəmiyyəti ətrafında müzakirələr aparılıb və Könüllülük Proqramı təqdim edilib. İştirakçılar FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin dostu elan edilmiş xorvatiyalı veteran futbolçu Dario Şimiçlə görüşüb, onunla xatirə şəkilləri çəkdirib və ondan imza alıblar.

0
0