Joze Mourinyo yenidən “Çelsi”də?
05.03.2012 - 13:24
Joze Mourinyo yenidən “Çelsi”də?
Joze Mourinyo “Çelsi”nin baş məşqçi postuna qayıda bilər. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatı portuqaliyalı mütəxəssisi Andre Villaş-Boaşın istefaya göndərilməsindən sonra London təmsilçisinin “sükanı arxası”nda yer almağa əsas namizəd sayır.

“Çelsi”nin tarixində ən uğurlu dövrü Mourinyonun vaxtında olub. Belə ki, komanda 2 dəfə Premyer Liqanın, Liqa və İngiltərə kubokunun qalibi olub. Mourinyo son 2 ildə çalışdırdığı Madrid “Real”ından cari mövsümdə İspaniya çempionu etməyə çox yaxın olsa da, yayda İngiltərəyə qayıtmaq istədiyini bildirib. Üstəlik, o, Londonda görünərək, özünə ev axtarıb.

Düzdür, “Çelsi”nin rusiyalı sahibi İspaniyada çalışan digər mütəxəssisləri – Mourinyonun əzəli rəqibi olan “Barselona”nın baş məşqçisi Xosep Qvardiola ilə “Atletik”in argentinalı çalışdırıcısı Marselo Byelsanın da namizədliyini nəzərdən keçirir.

Qeyd edək ki, ötən şənbə İngiltərə Premyer Liqasında “Vest Bromviçə”ə 0:1 hesablı məğlubiyyətdən sonra qovulan 34 yaşlı Villaş-Boaş komandaya 256 gün rəhbərlik edib.